Sabah gələn ilin büdcə müzakirəsi başlayır

Sabah Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılacaq.

Sabahinfo.az xəbər verir ki, 3 gün davam edəcək büdcə müzakirəsində hökumət üzvləri iştirak edəcək. 

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılıb. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Gələn ilin dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.