Sabiq PPX komandirinin evi yandı: Özü və iki ailə üzvü öldü

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1990-cı il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

Yanğın söndürülüb.