"Saglam ruh, xoşbəxt gələcək"layihəsi ugurla həyata keçdi

18 dekabr 2021-ci il Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi olmuş "Sağlam Ruh Xoşbəxt Gələcək" layihəsinin bağlanış tədbiri keçirildi. 

Tədbiri giriş sözü ilə layihə rəhbəri Leyla Camalzadə açaraq 3 ay ərzində layihənin gördüyü işlərdən, keçirilən təlimlərdən bəhs etdi. 

Daha sonra 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin direktoru Əliağa Səfərəliyev bütün layihə əməkdaşlarını dəstəkləyərək onların gördüyü işləri çox təqdir etdiyini bildirdi.

Qonaqlar layihənin maarifləndirici mövzuda çəkilmiş sosial çarxını böyük maraqla izlədilər. Daha sonra isə 3 aylıq hesabat video izlənildi. 

Layihənin eksperti, hüquqşünas Sərxan Sadıxov çıxış edərək layihəni yüksək qiymətləndirdiyini dedi. 

Azad Həmkarlar ittifaqının Gəncə bölməsinin sədri Bayram Hacıyev, gənc alim, prezident mükafatçısı Elnur Həsənov, 40 nömrəli məktəbin direktoru İradə Səfərova sosial çarxdan və izlədikləri hesabat videosundan təsirlənərək layihəni çox bəyəndiklərini bildirdilər.

Qonaqlar arasında AYB-nın məsləhətçisi, yazıçı Aləmzər Əlizadə də vardı. Eyni zamanda təqaüddə olan məktəb direktoru, görkəmli pedaqoq Səidə Məmmədova da iştirak edirdi. Onlar layihə haqqında çox gözəl, təqdirəlayiq fikirlər səsləndirdilər.

Gəncə şəhəri təhsil meneceri, AGMA Gəncə koordinatoru Kəmalə Nəhmədova və Samux rayonu təhsil meneceri, Microsoft eksperti, Azeta Gəncə filialının rəhbəri Aidə Elyazova gənclərin inkişafından, onlara göstərilən dəstəkdən və bu yolda hansı işlərin vacibliyindən danışdılar.

Bundan başqa tədbirdə 3 nömrəli tam orta məktəbin direktoru Vüsalə Səfərova, 12 nömrəli tam orta məktəbin direktoru Sevda Həsənova, Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, layihə əməkdaşları, psixoloq Günay Bayramova, IV və V Qrant müsabiqəsinin qalibi Gülnarə Əmiraslanova, direktor müavinləri və müəllimlər iştirak edirdi. 

Tədbir hər kəs tərəfindən yüksək qiymətləndirildi. Layihənin davamlı olması diləyiylə hər kəs xoş arzularını çatdıraraq tədbir sonlandırıldı.