Sağlığında özünə əbədiyaşarlıq qazanmış LİDER

Əbədiyaşarlıq nümunəsi hər kəsə nəsib olmur. Bunun üçün tarix nə qədər önəmlidir ki, şəxsin liderlik bacarığı, uzaqgörənliyi də o qədər önəmlidir. Taleyini Azərbaycanın suverenliyi, müstəqilliyi və inkişafına bağlayan Ümummilli lider Heydər Əliyevin bu keyfiyyətləri onu xalqımızın qəlbində ədəbiyaşar lider kimi qərar tutmasına zəmin yaratdı. Hələ Azərbaycana ilk rəhbərliyi dövründə Azərbaycanda istehsal müəssisələrinin qurulması, kənd təsərrüfatı, təhsil və digər sahələrin inkişafı ilə bağlı mühüm addımlar atan Heydər Əliyev bir vətən övladı kimi dövlətinə və dövlətçiliyinə sədaqətinin ilkin addımlarını atdı.
1990-cı ildə 20 Yanvar hadisələri zamanı bütün həyatını riskə ataraq bəyanat verməsi, Rusiyanın bu hərəkətini pisləməsi və bütün dünyaya bu hadisə ilə bağlı dolğun məlumat verməsi Ümumilli liderin yüksək siyasi iradəsini bir daha nümayiş etdirmiş oldu.
Müstəqilliyimizin ilk illərində o zamankı hakimiyyətdə yaranan siyasi hərc-mərclik xalqı Ulu öndər ətrafında sıx birləşməyə, onu Bakıya dəvət etməyə vadar etdi. Xalqın israrlı təkidi ilə Bakıya qayıdan Heydər Əliyev müstəqilliyimizə qarşı yönələn təhdidləri qısa zamanda aradan qaldırdı. İqtisadi tənəzzül, siyasi problemlər və ən əsası vətəndaşların sosial durumunda yaranan problemlər zaman keçdikcə öz həllini tapdı. Ümumilli lider Heydər Əliyev hər zaman deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bəli. Bu gün Ümumilli lider Heydər Əliyev cismən aramızda olmasa da o hər bir azərbaycanlının qəlbində ən müqəddəs yerdədir.
Heydər Əliyev siyasətini yaşadan, bu yolda bizə daim uğurlar bəxş edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycan dövlətini daim ucalara, irəli aparmaqdadır. Ölkəmizdə Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq ideaları yaradıcı şəkildə yeniləşdirilərək və zənginləşdirilərək yaşadılmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi dərin və əsaslı islahatlar Azərbaycan Respublikasını inkişaf etmiş bir regiona çevirmişdir. İlham Əliyevin həyata keçirdiyi hərtərəfli inkişaf proqramı Azərbaycan xalqına bütün sahələrdə böyük uğurlar qazandırmışdır. Xüsusən Müzəffər Ali Baş Komandanın "dəmir yumruq"u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İtirilmiş torpaqlarımızın Vətən müharibəsində qazanılmış tarixi zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir. Möhtəşəm tarixi zəfərlərə imza atılması və yeni üfüqlərə doğru hərəkatın genişlənməkdə davam etməsi Azərbaycan Respublikasının İlham Əliyev erasının reallıqlarıdır. Qarabağ zəfəri və Böyük qayıdış hərəkatı misilsiz qəhrəmanlıq nümunəsidir. Heydər Əliyev epoxasının böyük dərslərindən keçmiş Azərbaycan xalqı Prezident İlham Əliyev erasının irəliyə doğru çağırışlarının işığında böyük gələcəyə doğru qətiyyətlə yol gedir.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olundu. Belə bir sərəncam hamının ürəyindən olan, xalqımızın sevincinə səbəb oldu. Biz inanırıq ki, qarşıdakı illər ərzində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan naliyyətlərlə Azərbaycan daha da inkişaf edəcək. Bu inkişaf isə hər birimizi əhatə edir. Ümumilli lider Heydər Əliyevin istək və arzusu da bu idi ki, Azərbaycan əldə etdiyi naliyyətlərlə daim irəlidə olsun. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında biz bu qələbələrin şahidiyik.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı