Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

Dövlət büdcəsinin mərkəzləşdirilmiş hissəsindən Naxçıvan MR-na ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu anlayış büdcə sistemində ilk dəfə tətbiq edilsə də, mexanizm kimi Dövlət Neft Fondunda (ARDNF) sınaqdan keçirilib.

Bundan başqa, nazir deyib ki, Naxçıvanda aparılan istlahatlar hesabına büdcə gəlirlərinin artacağı gözlənilir.

"Əvvəlcədən nə isə demək düzgün olmaz. Bununla bağlı ətraflı məlumat veriləcək", - deyə o əlavə edib.