Səbinə Xasayeva Qafar Əliyevlə birgə görüş keçirdi 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  06 sentyabr 2022-ci il tarixində YAP Qaradağ rayon təşkilatının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların  müraciət və təkliflərini dinləyiblər. 
Vətəndaşlar əsasən işlə təminat, əmək təqaüdləri, yaşadıqları ərazidə məhəllədaxili yolların, su xətlərinin təmiri, şəxsi problemləri və digər  sosial məsələlərlə bağlı müraciət ediblər. 
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər araşdırılması və həll edilməsi  məqsədilə qeydə alınıb. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, qalan  müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
 Müraciət edənlər bildiriblər ki, hər belə görüş dövlət başçısının tövsiyyələrinin yerinə yetirilməsinin təzahürüdür.