Səbuhi Məmmədli süni tənəffüs aparatına qoşuldu

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Adalet.az-a TƏBİB-dən bildirirlib.

Məlumata görə, S.Məmmədli süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. 

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.