Səfər Mehdiyev elə danışdı ki...

26 fevral Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı keçirilən anım tədbirləri zamanı Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevə bir-iki sual vermə imkanımız oldu.

Cənab Mehdiyev suallarımıza cavabı zamanı elə bir şəkildə danışdı ki,sanki DGK-nin fəaliyyəti ilə bağlı ölkə mediasında səslənən fikirlər başdan-başa şər və böhtandı.Gömrük əməkdaşları elə təmmiz işləyirlər ki,mətbuat sadəcə olaraq gözügötürməzlik edərək Səfər müəllimin əməkdaşlarına şər atırlar.

Bir adam bu qədərmi təkəbbürlü olar anlamağa çətinlik çəkirik.Səfər Mehdiyevə çatdırmaq istəyirik ki,yəqin ki,Vüsal Nuriyevi tanımamış.deyil.Və Vesal Nuriyevin   "Qırmızı Körpü” keçid məntəqəsinin rəisi təyin etdikdən sonra, təkcə iş adamalarına deyil,eyni zamanda sadə vətəndaşlara qarşı da necə bir amansızlıq göstərdiyindən xəbərdardır.lə

Doömaca xalası oğluna belə misli-bərabəri olmayan səlahiyyətlər bəxş edən bəlkə başqa bir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev cənablarıdır. Bu günə kimi Vüsal Nuriyev haqqında müxtəlif səpkili xəbərlər sosial şəbəkələrdə və internet media orqanlarında geninə-boluna .Maraqlıdır ki,hətta bir müddət əvvəl onun xidməti "Hunday” 90-AG 303 dövlət nömrə nişanlı avtomobili ilə qəza törətdiyi,hadisə zamanı bir vətəndaşın öldüyü haqqında da məlumatsızdırmı cənab Mehdiyev?

Görünür cənab DGK sədri Səfər Mehdiyev xalası oğlunu yığıb-yığışdırmaq əvəzinə,əksinə onu daha da tumarlayaraq,etdiyi əməllərin bir növ sığallamaqla məşğuldur.

Bəlkə cənab Mehdiyev Vüsal Nuriyevin Qərb Baş Gömrük idarəsinin 1-ci müavini İsa Quliyevlə əlbir olub, ölkədə dəri məmulatları ilə məşğul olan şirkət rəhbərləri ilə sövdələşməyə gedərək,bu dəri məmulatlarını tullantı adı altında ölkədən ixrac etməsindən xəbərsizdir?

Nəticədə bunların tullantı adı altında xaricə ixrac etdikləri dəri məhsulları labarotoriyalara göndərlərək həqiqətən də bu məhsulların tullantı deyil,həqiqi saf dərilər olduğu, əmtə dəyəri yüksək olan dəri məmulatları olduğu təsdiqləndiyi halda xalası oğlunun bu əməllərinə niyə göz yumur?

Məlumata görə,bu hadisənin üstünün açılmasına baxmayaraq, DGK-nin Baş Tədqiqat İdarəsinin rəisi Mənsum Rəsulovun təzyiqi nəticəsində ört-basdır edib.

Davamlı olaraq,Səfər Merhdiyevin qoruması altına girən Vüsal Nuriyev bu tip qanun pozuntuları törətməsinə baxmayaraq, cəzalanmaqdan yayına bilir.

Görünən budur ki,cənab Səfər Mehdiyevin xalası oğlunun əməlləri hələ çox davam edəcək.Bunun da səbəbi DGK-nin sədrinin birbaşa göstərişi ilə,onun müxtəlif növ dəri məmulatlarını,tullantı adı altında ölkədən çıxarması ilə bağlı faktı ört-bassır etməsidir.

Cənab DGK sədri deyir bizim işimiz pambıq yığmaq deyil.Düz deyir cənab Mehdiyev.Onun işi daha çox komitəyə doldurduğu qohum-qardaşını dolandırmaqdı.