"Şəffaflıq baxımından göstəricilərimiz beynəlxalq standarlara uyğundur" - MSK sədri

"Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi addımlar atılır".

Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, MSK üzərinə düşən tədbirləri yüksək səviyyədə həyata keçirir.

O əlavə edib ki, seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı ölkədə ictimai siyasi sabitlik var. “Seçkilərin keçirilməsi üçün Azərbaycanda beynəlxalq səviyyədə qanunvericilik mövcuddur. Şəffaflıq baxımından da bizim göstəricilər beynəlxalq standarlara uyğundur”.

MSK sədri vurğulayıb ki, seçki komissiyaları üçün yaradılan şərait nümunəvidir: “Eyni zamanda seçkiləri müşahidə etmək üçün müraciətlərə müsbət cavab verilir. Həmçinin MSK beynəlxalq müşahidəçilərə müraciət göndərir. Azərbaycanda seçkilərdə vebkameralar tətbiq edilir. Şəffaflıq baxımından vebkameralardan üstün bir şey ola bilməz. Mindən artıq seçki məntəqələrində vebkameralar quraşdırılır”.