Səfirliyimizə qarşı törədilən terror İran dövlətinin mahiyyətindən xəbər verir

Bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bütün dünya dövlətləri tərəfindən kəskin pislənməlidir. Şübhəsiz ki, bu terror aktına cabdeh olan İran dövlətidir və bütün məsuliyyət rəsmi Tehranın üzərinə düşür.

İranda xarici ölkələrin diplomatik korpuslarına qarşı terror aktlarının törədilməsi artıq tendensiya xarakteri daşıyır. Belə anlaşılır ki,, bu tipli terror aktları birbaşa İran dövlətinin ən yüksək nümayəndələrinin sifarişi ilə həyata keçirilir. Belə olamasaydı niyə həmin terroru törədən şəxs rahat şəkildə səfirliyin binasına daxil ola bilir və məlum faciəyə səbəb olurdu? Vyana Konvensiyasına görə bütün dövlətlər ölkərində olan diplomatik korpusların təhlükəsizliyinə təminat verir. 
İranın dövlət rəsmiləri baş vermiş bu cinayətin guya məişət zəminində baş verdiyini bəyan ediblər. İran dövləti bir məsələni unutmamalıdır ki, Azərbaycan dövləti və dünyada olan əlli milyondan artıq soydaşımız bu terror aktına biganə qalmayacaq. Cənab Prezident İlham Əliyevin terror aktı ilə bağlı etmiş olduğu paylaşım bir daha onu göstərdi ki, Azərbaycan dövləti bu məsələnin, ağır terror aktının hesabını İran tövlətindən tələb edəcək.

Onu da qeyd etməliyəm ki, törədilmiş terror aktı bu günə kimi İranda aparılmış anti- Azərbaycan təbliğatın və fəaliyyətin nəticəsidir. İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. İranın Azərbaycan şəhidlərinin qanında əli olduğunu əvvəl də demişdik – birinci müharibədə də, ikinci müharibədə də İran tərəfinin Ermənistana kəşfiyyat materialları ötürməsi, Azərbaycan ordusunun irəliləməsinə mane olması və digər əməlləri ilə əlini şəhidlərimizin qanına batırmışdı. Eyni zamanda Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağı qaldıranlar, Xomenei şəkilləri asanlar bunlardan imtina etməli, onları atmalıdırlar. Əks təqdirdə onlar  Azərbaycan dövlətinin düşmənləri olduqlarını təsdiq edəcəklər. İrana simpatiya edənlər ya mövqelərinə düzəliş etməlidirlər, ya da bu ölkəni tərk etməlidirlər. İranla əməkdaşlıq edən media qapadılmalıdır. Sosial şəbəkələr monitorinq olunmalıdır, İrana simpatiya edənlər, onun terruna don geyindirməyə çalışanlar ifşa olunmalıdır və onların barəsində tədbir görülməlidir.

İran azərbaycanlıları fars rejiminin mahiyyətini özündə ehtiva edən bu terror aktına qarşı öz kəskin mövqelərini ortaya qoymalıdırlar.

Cəbi Quliyev,

Milli Məclisin deputatı