Şəhər ippodromu bərbad halda - Atçılar Prezidentə müraciət etdilər/Video

Azərbaycan atçıları növbəti dəfə Prezident İlham Əliyevə müraciət ediblər.

Sabahinfo.az xəbər verir ki, onlar müraciətlərində ölkədə dörd ilə yaxındır Cıdır yarışlarının keçirilmədiyini bildiriblər.

Qeyd olunur ki, 10 ay bundan önce Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis"in əməkdaşları şəhər ippodromuna gələrək oranın dünya standartlarına uygun təmir ediləcəyini bildiriblər.

"Texnikaları şəhər ippodromuna gətirərək iki ay işlədilər. Yarış və təlim meydançasını pis günə qoyub işi saxladılar", deyə narazı atçılar bildirirlər.

Atçıların yaydıqları videodan da görünür ki, şəhərin mərkəzində yerləşən cıdır düzündə atların normal məşq etdirilməsi üçün heç bir şərait yoxdur və məşqlər zamanı həm atlar, həm də idmançıların ciddi xəsarət almaq ehtimalları yüksəkdir.