Şəhid ailələri ziyarət olunub

Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevlə birğə Ramazan bayramı ərəfəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən bir qrupunun, Kamran Novruz oğlu Yaqubovun, Aslan Eldar oğlu Əliyevin, Kamran Araz oğlu Mirzəyevin, Fərid Vahid oğlu Quliyevin ailə üzvlərini aprelin 14-də Puta və Lökbatan qəsəbələrində ziyarət edərək onların problem və qayğıları ilə maraqlanıblar, ailələrə bayram sovqatı təqdim ediblər.

 Şəhidlərin valideynləri Eldar Əliyev, Araz Mirzəyev və Vahid Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.