Şəhid ailələri ziyarət olunub

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının əməkdaşları Zəfər Günü ərəfəsində Ağsu və Qazax rayonlarında, eləcə də Mingeçevir şəhərində şəhid ailələrini ziyarət ediblər.

Onlarla söhbətlər aparılıb, şəhidlərimizin qəhrəmanlıqlarından söz açılıb, xatirələri ehtiramla yad edilib.

Şəhid ailələri dövlətimiz tərəfindən göstərilən hərtərəfli maddi-mənəvi dəstəkdən razılıqlarını bildirib, buna görə Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.Həmçinin ziyarət olunan ailələrə Federasiya tərəfindən sovqat verilib.