Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Sabahinfo.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

*** 11:46

Şəhid olan Orxan Əsgərovla vida mərasimi Yasamal rayonunda yerləşən evinin qarşısında keçirilib. 

Sabahinfo.az xəbər verir ki, şəhidimizin nəşi dəfn olunması üçün II Şəhidlər Xiyabanına yola salınıb. 

*** 10:37

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Sabahinfo.az xəbər verir ki, şəhid Orxan Əsgərovun nəşi yaşadığı evə gətirilib. Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra mərhum dəfn olunmaq üçün II Şəhidlər xiyabanına  aparılacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı yaralanıb.