Səlim Müslümovun rəis qardaşı hələ də vəzifə başında

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov külli miqdarda dövlət vəsaitini mənimsəməklə həbs olunmasına baxmayaraq onun yaxın ətrafı hələ də yüksək postlarda qalmaqdadır. SABAHİNFO.AZ-ın apardığı araşdırma nəticəsində məlum olub ki, eks-nazirin qardaşı Radim Müslümov hələ də işinin başındadır. İsmayıllı Rayon Maliyyə idarəsinin rəisi olan R.Müslümov hələ Səlim Müslümovun nazir olduğu vaxtdan bu vəzifədə çalışır. Onu da bildirək ki, R.Müslümov 1994-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun fəaliyyəti barəsində mətbuatda kifayyət qədər məlumatlar var. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, R.Müslümovun oğlu Xəzər Müslümovun adı işədüzəltmə qalmaqallarında hallanır.