Sənubər İsgəndərli bəyənmədiyi xüsusiyyətlərindən danışdı

"Qadının missiyaları hər zaman fərqli olub. Xanıma əvvəllər nəsil artırıcı və kişiyə qulluq edən varlıq kimi baxırdılar. Zaman keçdikcə münasibət dəyişdi. İndi xanımlar biznes qurur, çalışır... Ancaq bu, bir həqiqəti dəyişmir ki, qadın anadır”. Bu sözləri əməkdar artist Sənubər İsgəndərli deyib. O, qadınların övladına tərbiyə verməsindən danışıb:
"İndi qadınlar dünyaya gətirdikləri uşağa ciddi yanaşmırlar. Deyirlər, elə sevdiyim insandan övladım olsun. Amma uşağı tərbiyə etmək vacibdir. Ana bunu dərk etməlidir. Ailədə çox uşaq olsun, bir şərtlə: sən, buna təhsil, namuslu həyat verə biləcəksən?”. Aktrisa özündə bəyənmədiyi xüsusiyyətləri açıqlayıb:
"Bir xasiyyətimdən xoşum gəlir ki, səbrim böyükdür. Bəyənmədiyim xüsusiyyətlərim daha çoxdur. Məsələn, məndə mübarizlik yoxdur. Qismətə inanıram. Bəlkə də mübarizliyim, sənətə qısqanclığım olsaydı, başqa bir Sənubər İsgəndərli olardım”.