Şərin yedəyinə düşmə, yazıqsan...

Ernənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən işğalçı Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələr yerinə yetirilmədi. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər də bu münaqişənin həlli istiqamətində ciddi münasibət göstərə bilmədilər. Dünyanın iri dövlətləri də, beynəlxalq təşkilatlar da bu münqişənin həllində ikili mövqe tutur ki, bu da bəşəriliyə zidd olan mövqedir.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti iri- miqyaslı təxribatının – hücumunun qarşısın qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi.

Vətən müharibəsi Azərbaycan Ordusununun qələbəsi ilə başa çatdı. Ermənistan məğlub olduğunu etiraf etdi, üçtərəfli bəyanat imzalandı.

Rusiya-Ukrayna münasibətlərindən, konkret olaraq Rusiya- Ukrayna müharibəsindən bəhrələnmək istəyən Ermənistan Avropa Şurasına ağılasığmaz bir müraciət edib. Guya Azərbaycan ona məxsus tarixi abidələri dağıdır. Hansı tarixi abidələri? O abidələr harda, hansı dövlətin ərazisində yerləşir? Vətən mü-haribəsində zədələnən, uçan, xəsarət alan abidələr Azərbycan xalqına, Azərbaycan dövlətinə məxsus abidələrdir. Onda Ermənistanın “qaşınmayan yerdən qan çıxartmaq” istəyi hara yozulmalıdır? Avropa Şurası bu istəyin mahiyyətini başa düşür, ancaq büruzə vermir. Niyə? Yenəmi erməniliyə rəğbət amili? Yenəmi ikili standart? Müharibədən sonradamı riyakarlıq? Həm də “Niyə iki ildən sonra müraciət edilir?” sorğusu olmadan?..

Avropa Şurasınin qəbul etdiyi qərar da beynəlxalq hüquqa ziddir və normal məntiqə sığmır. Ona görə də bu qərarın heç bir nəticəsi olmayacaqdır.

Bir vətəndaş olaraq, Milli Məclisin deputatı olaraq Avropa Şurasına müraciət edirəm: Ağır otur, batman gəl. Erməniliyin fitvasına getməyə meyillənsən olan-qalan nüfuzunu itirəcəksən. El arasında deyildiyi kimi, “ Onda Kərəmi ağlamaq tutacaq”, unutma. Onu da unutma ki. Şərin yedəyinə düşməyin sonu son nəfəs olar...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı