Sevda Yahyayeva ana oldu

Müğənni Sevda Yahyayeva ana olub. 

Sabahinfo.az xəbər verir ki, bu barədə o, öz “Instagram” hesabında paylaşım edib.

Belə ki,  müğənninin  Ayla adlı qız uşağı olub. “Ana olmaq çox gözəl hissdir. Ayla 3 kiloqram çəkidə, 52 santimetr boyunda dünyamıza gəldi. Dünyamızı gözəlləşdirdi. İnşallah həmişə başımızın tacı olar”, - deyə, o, paylaşımında yazıb. 

Qeyd edək ki, Sevda Yahyayeva ötən il həkim Zakir Bayramovla ailə qurub.