Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqını təbrik etdi - FOTO

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ersin Tatar bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“34 il əvvəl, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında bir araya gələn 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşəlini alovlandırdı və Azərbaycan dövləti quruldu.

17 Noyabr Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi sevgilərimi və xoş hisslərimi çatdırıram”, - deyə o paylaşımında qeyd edib.