Siyavuş Novruzov Zahid Orucun təklifini sərt TƏNQİD ETDİ

“Çox hörmətli deputat Zahid Oruc 4-cü respublika ifadəsini işlətdi”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 20 oktyabr tarixli iclasında Siyavuş Novruzov deyib.

“Ancaq heç kim demir ki, bu nədir. Bu çox zərərli ifadədir. 4-cü respublika nə vaxt qurulub? Görən olub o respublikanı? Müstəqilliyimizdən danışırıqsa, bunu umumilli lider Heydər Əliyev edib. İlham Əliyev də deyib ki, mən Heydər Əliyevin siyasətini yürüdür, yolunu gedirəm. Biz tarixən də oxumuşuq ki, respublika dağılmalıdır ki, 4-cü qurulsun. 3-cü nə vaxt dağıldı ki, 4 qurulsun? Bizim 4-cü Respublikamız yoxdur, heç mən arzu da etmirəm ki, olsun. 3-cü respublikamız davam edir, zəfərlər qazanır. Milli Məclisdə bu ifadənin səslənməsi digər yerlərdə fərqli anlaşıla, təqdim edilə bilər”./bakivaxti.az