Siz hər zaman qəlbimizdəsiniz əbədi yaşar Heydər Əliyev!

3 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış dahi şəxsiyyət, müstəqilliyimizi dərin zəkası ilə qoruyub saxlayan, dövlətçiliyimizi yaşadan Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişinin 30 illiyidir.

Heydər Əliyev həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma xalqının rifahı və vətəninin inkişafı üçün əlindən gələni edib. Ona görə Ulu Öndərin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyi tariximizi şərəfləndirən hadisələrlə əlamətdardır. Ulu Öndər Azərbaycanı sovetlər birliyinin geridə qalmış aqrar respublikasından inkişaf etmiş sənaye respublikasına çevirdi. Heydər Əliyevin sayəsində sovet dövründə respublikamız bütün sahələrdə yüksəlişə nail oldu, dünyada tanındı. Müstəqillik dövründə isə ölkəmizi parçalanmadan qorudu. Məhz onun sayəsində Azərbaycan müstəqilliyini itirmədi. Xalq Heydər Əliyevin ətrafında sıx birləşdi. Bu birliyin məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə inkişaf etdi, dünya ölkələri arasında öz imzası oldu.

Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə sadiq oldu, inandı. Və bu inam bizi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə öz dədə-baba torpaqlarımıza qovuşdurdu.

Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan xalqı tərəfindən hörmətlə anılır, vətən qarşısında xidmətləri heç zaman unudulmur. Siz hər zaman qəlbimizdəsiniz əbədi yaşar Heydər Əliyev!

Müşfiq Məmmədli
Milli Məclisin deputatı