"Şolz-un ​​Putinə qarşı mövqeyi dəyişib" - Türkiyə prezidenti

"Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə bağlı mövqeyini dəyişib və indi onunla ortaq dil tapmağın tərəfdarıdır".

Sabahinfo.az xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalına müsahibəsində bildirib .

Türkiyə prezidentinin sözlərinə görə, ölkələrin liderlərinin diplomatiyası problemlərin həllində “həlledici əhəmiyyətə malikdir”.

“Hətta Almaniya kansleri Şolz bir ay əvvəl Putinə qarşı tamamilə fərqli mövqe tutmuşdu, indi o, Rusiyaya qarşı mövqeyini dəyişərək, ortaq dil tapmağı müdafiə edib”, – Ərdoğan əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Ərdoğan və Şolz arasında telefon danışığı olub, onlar Ukrayna münaqişəsini müzakirə ediblər. Türkiyə prezidenti həmçinin Aİ ilə gömrük ittifaqının yenilənməsi və Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqların bərpasına çağırıb.