Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.
Ölkədə son sutka ərzində 936, hazırkı dövrədək isə 7 623 270 test aparılıb.