Spikerdən Silahlı Qüvvələr Günü paylaşımı

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini səmimi qəlbdən təbrik edirəm. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa edən və bu gün dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir.

Bu bayram günündə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad edir, sərhədlərimizin keşiyində mərdliklə dayanan qəhrəman hərbçilərimizə ən xoş arzularımızı yetiririk.

Sahibə Qafarova
Milli Məclisin sədri