Sülhməramlılar üçün daha dörd modul şəhərcik salındı

Dağlıq Qarabağda rus sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi tikilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yeni şəhərçiklər Xankəndi və Xocavənddə istifadəyə verilib. Beləliklə, bu günə qədər sülhməramlı kontingentin hərbi heyəti üçün səkkiz şəhərciy inşa edilib.

"Modul şəhərciklərin inşası şəxsi heyət üçün rahat yaşayış şəraiti yaratmağa imkan verir. Blok- modul şəhərcikləri bütün lazımi sistemlərlə (enerji təchizatı, isitmə, hamam otaqları, su təchizatı, drenaj sistemi), yaşayış yeri mebel və məişət texnikası ilə təchiz edilib. Hər şəhərin ərazisində süni örtüklü idman zalı, hamam, tibb məntəqəsi, qurutma maşını, paltar təmizləyən otaq, istirahət otağı, anbar, yeməkxana var", - deyə məlumatda qeyd olunub.