Sürücülərin nəzərinə: Bu prospektdə sürət həddi endirildi

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sabahinfo.az-a bildirilib ki, bu tədbirlər çərçivəsində bu gündən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

Qeyd olunan yolda hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.