Şuşa, Kəlbəcər və Laçında qar yağacaq - XƏBƏRDARLIQ

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2 dərəcə şaxtdan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq.

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 2-4 dərəcə şaxta olacaq.

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacaq.

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, Şuşa, Kəlbəcər, Laçında yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 5-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.