Şuşada Vaqifin məqbəsərəsinin bərpası nə vaxt yekunlaşacaq? - Nazir açıqladı

Şuşada Vaqifin məqbərəsinin bərpası işləri yay aylarında yekunlaşacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

O, həmçinin Bakıda tikiləcək Zəfər muzeyi haqda da danışıb:

"Vaqifin məqbərəsinin bərpası işlərinə artıq başlanılıb və yay aylarında yekunlaşacağı gözlənilir. Bakıda tikiləcək Zəfər muzeyi isə möhtəşəm kompleks olacaq. Muzeyin inşasına layihə hazır olandan və təsdiq olunandan sonra başlanılacaq".