Şuşada yaşayış kompleksinin inşası başa çatıb - VİDEO

Azərbaycan Televiziyası (AzTV) birbaşa bağlantıda, Şuşaya ezam olunmuş müxbiri vasitəsilə xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən bu şəhərdə quruculuq-abadlıq işlərinin gedişatı barədə xəbər verib.​

Bildirilib ki, Şuşanın Baş Planına uyğun olaraq yaşayış kompleksində 3, 4 və 5 mərtəbəli binalar inşa edilib.​

Müasir standartlara uyğun inşa olunan binalarda Şuşaya məxsus memarlıq mühiti nəzərə alınıb.​

Yaşayış kompleksində 23 binanın inşası başa çatıb və bu binalarda 450 ailə məskunlaşacaq.

Mənzillər 1, 2, 3, 4 və 5 otaqlıdır. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sakinlərə təqdim ediləcək.

Ətraflı videonu təqdim edirik: