Heç vaxt unudulmurlar!

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının FederasiyasıMüzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

Federasiya himayəsində olan şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır.Federasiya 3 şəhid ailəsinin üzvlərini öz himayəsinə götürmüşdür

Ramazan bayramı ərəfəsində Federasiyanın Aparat rəhbəri – Rüfət Bürcəliyev və maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov Ağsu rayonuna, Mingeçevir şəhərinə və Qazax rayonuna səfər etmiş, şəhid ailələrini ziyarət etmişdirlər. "Az-Granata MMC –nin HİK sədri Cabbar Məmmədov da Ağsu şəhərində şəhid ailəsini ziyarət edərkən, Qazax RK sədri Fərhad Qocamanov da Qazax şəhərində Federasiyanın işçilərinə qoşulmuşdur.

Şəhidlərin ailə üzvləri ilə söhbətləşən Federasiyanın məsul işçiləri və HİK sədrlərionların problemləri ilə maraqlanmışlar.

Şəhid ailələrinə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə Federasiya adından ərzaq sovqatı çatdırılmışdır. Göstərilən diqqət və qayğıya görə hər 3 ailənin üzvləri minnətdarlığını bildirmişdir.