Tanınmış vəkil ödənişsiz hüquq yardım xidməti təklif edir

Tanınmış vəkil Əlibaba Rzayev əhalinin həssas və aztəminatlı təbəqəsinə ödənişsiz hüquq yardım xidməti təklif edir. Bu xidmətdən əlilliyi olan şəxslər, pensiyaçılar, məcburi köçkünlər, məişət zorakılığına məruz qalmış şəxslər və əhalinin digər aztəminatlı hissəsi faydalana bilər.

Ödənişsiz hüquq yardım xidməti əsasən Bakı, Gəncə,  Beyləqan, Bərdə, Mingəçevir, Lənkəran və Cəlilabad regionları əhatə edir.

Hüquq yardımı xidmətinə aşağıdakılar daxildir:

Yazılı və şifahi məsləhətlərin verilməsi;
Dövlət orqanlarına müraciətlərin hazırlanması;
Məhkəmələrə müraciətlərin (iddia ərizələrinin və digər ərizələrin, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətlərinin və sair) hazırlanması;
Müraciət edənin istintaqda və məhkəmədə təmsil olunması;
Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin hazırlanması.

Ödənişsiz hüquq yardımı yerlərdə, həmçinin ünvana gəlməklə, habelə telefon və elektron poçt vasitəsi ilə müraciət etməklə həyata keçirilir.

Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi bina 141, blok 1, mənzil 51
Mobil: (050) 593 18 38;   (051) 707 73 07;   
e-mail: [email protected];  [email protected]