Tarazlığı qoruya bilən sistem

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar ictimai və media sahəsindən də yan keçməyib. Aradan keçən müddət ərzində hər iki sahə üzrə qəbul olunan qərarlar, ictimai fəallığın artmasına gətirib çxıarıb ki, bütün bunlar cəmiyyətin fəal kəsiminin yerlərdə daha geniş təbliğat vasitəsi ilə vətəndaşları məlumatlandırılmasına səbəb olub. İndi Azərbaycanın ən ucqar kəndində belə ən son informasiya barəsində məlumatlı vətəndaşlarımız var.

Ümumi prizmadan məsələyə baxanda aydın olur ki, ictimai sektorda, daxili siyasi, informasiya mühitinin formalaşmasında xarici təsirlərin aradan qaldırılması istiqamətində atılan siyasi-hüquqi addımlar demokratik əsasları saxlamaqla təhükəsizliyi, milli maraqların effektiv müdafiəsini təmin etməyə imkan verir.

Onu da qeyd edək ki, bu siyasi və hüquqi addımlar bir tərəfdən qeyri-hökumət təşkilatlarının, ictimai təşkilatların, KİV-in xarici donorlar vasitəsilə Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində maliyyələşmə imkanlarını saxlayır, digər tərəfdən səmərəli nəzarəti təmin edir. Azərbaycan təcrübəsi xaricdən maliyyələşən fiziki və hüquqi “xarici agent”, “xarici təsir agenti, xarici təsir altında olan şəxs” kimi damğalamağı deyil, düşünülmüş, vətəndaş cəmiyyəti institutlarının təməl maraqları, missiyası ilə təhlükəsizlik maraqlarının qorunması arasında tarazlığı qoruya bilən sistem yaradıb.

 

Ədil Ədilzadə

Yeni həyat-iqtisadi İnkişaf İctimai Birliyinin sədri