Tarixi Vətən sevgisi yaşadır

Ernənistanın azərbaycanlılara və Azərbaycana qarşı düşmənçiliyinin tarixi qə­dim­dir. Bu düşmənçilik etnik zəmində aparıldığından zaman-zaman müxtəlif region­lar­da, müxtəlif üsul­lar­la həyata keçirilib. Hamısıının da əsasında ermənlik dayanıb.

Birinci Qarabağ müharibəsində Ermənistan bu və ya digər rayonu işğal etmək üçün onun kəndlərində iri miqyaslı təxribatlar, faciələr törədirdi. Ermənistanın işğal etmək niyyətində ol­du­ğu rayonlardan biri də Kəlbəcər idi. Kəlbəcərin işğalından təxminən bir il əvvəl – 1992-ci il aprelin 8-də rayonun Ağdaban kındində faciə törətdi. Bu, müəyyən səviyyədə soyqırım idi.

130 evli Ağdaban kəndi tamamilə yandırıldı. Bu hadisəni Böyük Vətən müharibə­sin­də faşistlərin Belorusun Xatın kəndində törətdiyi faciə ilə müqayisə etmək olar. Ağdaban kəndinin 800 nəfərə yaxın dinc sakininə müxtəlif səviyyəli işgəncələr verilmişdi, 70-ə yaxın sakin amansız­lıq­la qətlə yetirilmişdi. Qazağın Bağanis Ayrım, Xocavəndin Qaradağlı, Xocalının Meşəli kənd­lə­rində törədilən faciələr kimi bu faciə də erməniliyin mahiyyətinin nə olduğunun təsdiqi kimi tarixləşdi. Belə faciələrə görə beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri tərəfindən ciddi qınan­ma­yan Ermənistan Xocalıda əsrin faciəsini törətdi.

Ağdaban faciəsindən az sonra Ermənistan havadarlarının hərbi yardımıından bəhrələn­mək­lə Kəlbəcəri işğal etdi. Bu işğal da təkcə torpaqların işğalı ilə məhdudlaşmırdı, ermənilər əha­liyə qarşı da olduqca iri miqyasda cinayətlər törətdi.

2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərdən sonra Kəlbəcərdə aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın burda törətdiyi soyqırımının miqyasının gösəricisidir...

Heç bir faciə yaddan çıxmayacaq. Bu faciələrin hər biri tariximizdir. Vətən müharibəsində qazanılan qələbə törədilmiş faciələrin yaralarını nisbətən qaysaqlatdı. Ancaq heç nə unudulma­ya­caq.

Azərbaycan Respublikasının Preszidenti Cənab İlham Əliyev 2020-ci il noyabrın 25-də xalqa müraciətində demişdi: “Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbə­miz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik...”.

O faşizm Bağanis Ayrımda, Qaradağlıda, Meşəlidə, Ağdabanda faciə törətmişdi. Bu faciə­lər bəşəri cinayətlərdir və Ermənistan bunlara görə də beynəlxalq məhkəmədə cavab vermə­li­dir...

Azərbaycançılıq Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə erməniliyi məğlub etdi, azərbaycançılıq erməni faşizmini məhv etdi...

Ağdaban faciəsindən 30 il keçir. Bu 30 ildə heç bir faciə zərrəcə yaddaşlardan üzülmədi. Bu gün də yaşadılır, yaşadırıq. Vətən sevgimiz yaşadır...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı