Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki soydaşlarımız Prezidenti təbrik edib

Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərindəki “Xarı-Bülbül” Azərbaycan milli-mədəni muxtariyyəti sədri İsfəndiyar Əhmədov adından Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanıb.

“Sabahinfo.az” təbrik məktubunu olduğu kimi təqdim edir:

Naberejnıye Çelnı şəhərindəki “Xarı-Bülbül” Azərbaycan milli-mədəni muxtariyyəti adından sizi doğum gününüz münasibətilə təbrik edirik! Komandamız sizin təşkilatçılıq bacarığınızı, ən mürəkkəb dövlət problemlərinin effektiv həlli yollarını tapmaq bacarığınızı yüksək qiymətləndirir.

İstər ölkədə, istərsə də xaricdə yaşayan soydaşların həyat problemlərinə şəxsi töhfənizə və diqqətinizə görə dərin minnətdarlığımızı bildiririk. Siz Azərbaycanın və Azərbaycan xalqının layiqli gələcəyinə inam yaradırsınız”.