"Təhsildən yayınan qızların bir çoxu nikaha məcbur edilir" - Deputat

"Azərbaycanda mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 40 %-i qızlardır. Bu rəqəm orta dünya göstəricisindən də artıqdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib. 

"Bununla yanaşı, təhsildən yayınan qızlar da var. Onların bir çoxu nikaha məcbur edilir və bu istiqamətdə işlərimiz daha da gücləndirilməlidir", - deyə komitə sədri bildirib.