Tərtər Rayonunda tədbir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Sosial problemlərin həllində yeni metodolji üsulların tətbiqi” layihəsini regionlarda həyata keçirilməkdədir. Sözügedən istiqamətdə növbəti tədbir 14 noyabr 2022-ci il tarixində Tərtər rayonunda keçirildi. 60 nəfər seminar iştirakçısının qatıldığı maarifləndirmə tədbiri ictimaiyyət üçün böyük maraq kəsb etdi. Hazırki dövrdə ölkəmizdə davam edən uğurlu islahatlar paketi sosial problemlərin həllində yeni metodların axtarışlarını zəruri və əhəmiyyətli edir. Yaxın dövrdə yaşadığımız pandemiya bu istiqamətdə ictimai təşəbbüslərin daha geniş əlaqələndirilməsini tələb edir. Sosial problemlərin həllində yeni metodların tətbiqi ilk növbədə nəzəri cəhətdən sosial işin aparılması prinsiplərinə söykənir. Keçirilən tədbirdə belə prinsiplərin yerinə yetirilməsi işində dövlət və ictimai təsisatların birgə iş aparması və könüllü fəaliyyətin gücləndirilməsi meyarları aydınlaşdırıldı. Məruzəçi dosent H. İbrahimov, rayon İcra Hakimiyyəti Aparatının mütəxəssisləri tədbirdə geniş məruzələr etdilər. Sosial problemlərin həllinə dəstək olacaq yeni metodları özündə ehtiva edən kitabça tədbir iştirakçılarına paylanıldı.Həmçinin, bu qərara gəlindi ki, gələcəkdə istənilən sosial məsələlər ətrafında yeni metodların tətbiqi imkanları birgə reallaşdırılsın.