TƏŞƏKKÜR

Salam əziz dostlar,mən gəldim. Məni sizlərin görüşünə gətirən,həyatda yaşamağıma ikinci şans verən göydə Allah, yerdə həkimim çox savadlı, işində peşəkar Rauf Miskinliyə və professor Əziz Əliyevə təşəkkür etmək istəyirəm.  Milli Onkologiya Mərkəzində riskli  əməliyyatımı üzərinə götürərək, işinin peşəkarcasına həyata keçirərək, hec bir fəsadsız əməliyyatımın öhdəsindən gəldi.
Gozəl insan, professor Əziz Əliyevin məsləhəti ilə tanış oldum. Bu əsl həkim adına layiq olan Allah Əziz Əliyevdən də razı olsun. Məni həyata qaytaran bu  iki gözəl insana ömrüm boyunca duaçı olacam. Allah belə savadlı həkimlərimizi qorusun ki, mənim kimi ümidsiz xəstələrə kömək olsunlar .
Nəzərinizə catdırım ki, yeddi həkim qəbulunda oldum  hec kim mənim əməliyyatımı boynuna almadı. Dedilər çox risklidir.
Rauf Miskinli mənə endoskopik sinus əməliyyatı etdi, özüdə cox uğurla. Rauf Miskinli  Milli Onkologiya Mərkəzində Qulaq, Burun, Boğaz, və Baş-Boyun cərrahiyyə şöbəsində işləyir. Hec tərəddüd etmədən əgər sağlamlığnızla bağlı narahatçılığınız varsa Rauf həkimə müraciət edə bilərsiniz .

Leyla Allahverdiyeva 
SABAHİNFO.AZ saytının xüsusi müxbiri