"TikTok"da 1 yaşlı oğluna siqaret çəkdirən ata saxlanıldı

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. 

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimovun Sabahinfo.az-a dediyinə görə, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.