“Total Energies” şirkətinin ölkəmizdəki icraçı direktoru ilə görüş

Noyabrın 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofon Karyera Mərkəzinin (CEF Bakou) “İcraçıya sual ver” (Challenge the Executive) sessiyaları çərçivəsində “Total Energies” şirkətinin ölkəmizdəki icraçı direktoru Regis Agutun iştirakı ilə görüş baş tutub.

Tədbirdə Regis Agut öz peşəkar karyera yolu barədə müxtəlif universitetlərdən olan tələbələrə danışıb daha sonra onların karyera imkanları, peşəkar gələcəklərini müəyyənləşdirmək üçün lazım olan biliklərlə bağlı suallarını cavablandırıb.

Sessiyanın sonunda ən maraqlı sualı səsləndirən iştirakçıya CEF Bakou tərəfindən hədiyyə verilib.

Azərbaycan-Fransa Ticarət Palatasının dəstəyi ilə Frankofon Karyera Mərkəzi hər ay #ChallengeTheExecutive tədbiri təşkil edir. Burada məqsəd tələbələrin beynəlxalq şirkətlərin rəhbərlərinə suallar verməklə və onların karyera təcrübələrindən öyrənmək imkanı əldə etməkdir.

Vüsalə Abdullayeva