Tünzalə Əliyeva dəfn edildi - YENİLƏNİB

Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub. 

Sabahinfo.az xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

 

***

Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.

Sabahinfo.az xəbər verir ki, onun nəşi Heydər məscidinə gətirilib. Sənətçi ilə vida mərasimində onun ailə üzvləri və mədəniyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, 49 yaşlı aktrisa uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.