TÜRK DÜNYASI : T-7

7 rəqəmi sirli rəqəmdir, müqəddəs, İlahi, xoşbəxtlik rəqəmidir. 7 rəqəmi zaman və məkanı idarə edir. Dünyanın bütün xalqları 7 rəqəminə həmişə xüsusi diqqət yetirmişlər.

Misirdə 7 rəqəmi əbədi həyat rəmzidir. O, yaradıcılıq rəmzi sayılır.

İslam ənənələrində cənnətin 7 qapısı vardır. Məkkəyə həcc ziyarəti zamanı zəvvarlar müqəddəs Kəbənin ətrafına 7 dəfə dolanırlar. Bakı şəhəri 7 təpə üstündə salınmışdır. Dünyanın da 7 möcüzəsi vardır.

Dünya yenidən qurulur. 300 ilə yaxın dünyanın idarəedilməsindən uzaqlaşdırılan Türk dünyası cənab İ.Əliyev, sayın R.Erdoğan və digər möhtəşəm türk liderlərinin (T-7) rəhbərliyi ilə dünyaya yenidən bir günəş kimi doğmaqdadır. Hər zaman ədalətin və inkişafın rəmzi olan Türk Dünyası.

Tanrı Türkü qorusun!

Tahir Mirkişili
Milli Məclisin deputatı