“Türk pop musiqisinin hörmətli siması Kayahanın vəfatını təəssüf hissi ilə öyrəndim"

Sabahinfo.az–ın məlumatına görə,müğənninin vəfatını təəssüflə qarşıladığını qeyd edən Ərdoğan onun əsərləri ilə yaşayacağını bildirib: 

"Türk pop musiqisinin hörmətli siması, söz yazarı və bəstəkar Kayahanın vəfatını böyük təəssüf hissi ilə öyrəndim. Mahnıları və səsi ilə millətimizin könlündə müstəsna yerə sahib olan Kayahan türk pop musiqisinin inkişafında böyük rol oynayıb və dərin izlər qoyub. Əsərləri ilə yaşamağa davam edəcək mərhum sənətkar hər zaman hörmət və sevgi ilə yad ediləcək. Dəyərli sənətkarımız Kayahana Allahdan rəhmət arzulayır, ailəsinə, sevənlərinə və sənət dünyamıza başsağlığı verirəm”.