Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Vatan’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyә güclü ölkәdir’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyə artıq öz siyasi və təhlükəsizlik prioritetlərini müəyyən edib həyata keçirə bilən bir ölkədir. Ərdoğan deyib: “Türkiyə güclü ölkədir. Ölkəmizə olan ən böyük xidmətimiz özünə inam və qətiyyət hissidir. Ölkəmizin beynəlxalq aləmdə rəsmi adını BMT-də ‘‘Turkey’’dәn Türkiyəyə çevirməyimiz yeni dövrün simvollarından biridir”.

‘‘Haber Türk’’: İtaliyanın Türkiyәdәki sәfiri Xarici İşlәr Nazirliyinә çağırılıb

İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi Romada PKK simvolları və terror təşkilatının quldurbaşının şəkillərinin açıq şəkildə nümayiş etdirildiyi PKK aksiyasına görə Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfirə Türkiyənin həmin mövzudakı düşüncələri və istəkləri çatdırılıb. 
Görüşdə Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların quldurbaşına fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb.

Bundan əlavə, terror təşkilatı və onun havadarlarının bu cür əməllərinin qarşısının alınması tələbləri təkrarlanıb, İtaliya hökumətinin terrorla mübarizədə məsuliyyəti vurğulanıb.

‘‘Star’: Türkiyәdәn enerji hәmlәsi

Xarici işlər naziri Mövlud Çavuşoğlu, “Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk. Bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb. Qarşımızdakı həftələrdə bu məsələləri - istər energetika, istərsə də logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcəyik”.

 ‘‘Sabah’’: Qlobal әrzaq problemini Türkiyә hәll edir

Rusiya-ilә Ukrayna arasındakı müharibәdәn mәnbәlәnәn qlobal әrzaq böhranı ilә әlaqәdar Türkiyәni apardığı diplomatik danışıqlar nәticә verdi.Rusiyanın ‘‘İzvestia’’ qәzetinin yaydığı mәlumatda bildirilib ki, Türkiyə və Rusiya Ukrayna taxılının limanlardan çıxması planı üzərində razılaşıb. Mәlumata görә, Rusiya taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti planla bağlı Türkiyə ilə razılaşıb.

 ‘‘Hürriyet’’: Almaniya xarici işlәr naziri Baerbok: Türkiyә әvәzolunmaz tәrәfdaşımızdır

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Pakistan, Yunanıstan və Türkiyəyə səfərindən əvvəl verdiyi açıqlamada Türkiyənin Almaniya üçün əvəzolunmaz tərəfdaş olduğunu və Almaniyada milyonlarla insanın ürəyinin Almaniya və Türkiyə üçün döyündüyünü bildirib.