"Türkiyə fəlakətin vurduğu yaraları tezliklə sağaldacaq" - Sahibə Qafarova

"Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edir və fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.  

MM sədri bildirib ki, bu günlərdə biz iki xalq arasında qardaşlıq münasibətlərinin yeni numunələrini müşahidə etdik:

“Həm dövlətlərarası, həm dövlət başçıları, həm də insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut etdi. Əminliklə demək olar ki, qüdrətli bir dövlət kimi Türkiyə fəlakətin vurduğu yaraları tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq".