"Türkiyə ilə Azərbaycan bir ürək, bir candır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Özünü milli şura adlandıran radikal müxalifət nümayəndələri yenə də faciələr üzərindən özləri üçün xal toplamağa cəhd edirlər. Bir vaxtlar Şəhid olan əsgərlərimizin adları üzərindən bu utanmaz hərəkətləri etməyə cəhd göstərirdilər indi də qardaş Türkiyədə baş verən əsrin faciəsindən özləri üçün yeni “uğurlar” qazanmağa çalışırlar".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Türkiyənin bəzi müxalifət partiyalarının bəyanatlarına baxaraq həvəsə düşən bizim bu millikdən xəbəri olmayan şura üzvləri özlərinə əl qatıblar ki, Türkiyə müxaəlifəti bunların göstərmiş olduqları “çabaları” görsünlər. Əvvəla onu deyək ki, Türkiyənin hazırki Prezidenti cənab Rəcəb Tayib Ərdoğan tək Türkiyə üçün deyil eyni zamanda bütün Türk dünyası və dünya üçün böyük bir lider hesab olunur: "Ölkəmizə qarşı da hər zaman qardaşlıq münasibəti göstərib, ən çətin dönəmlərimizdə dövlətimizin, xalqımızın yanında olub, haqq səsimizin ucalmasına, onun boğulmamasına kömək edib. Axı Azərbaycan və Türkiyənin eyni zamanda bütün Türk Dünyasına böyük faydası olan bir liderin üstünə getmək və onu ləkələmək kimə və nəyə xeyir verəcək ki?! Özü də belə bir məqamda! Cənab Prezident İlham Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan bir ürək, bir yumruq və bir candır! Məhz belə məqamda birləşmək və dəstək olmayıq ki, biz daha da güclənək, inkişaf edək!"

Politoloq sözlərinə davam edərək bildirib ki, cənab Prezidentin tapşırığı ilə FHN-in mindən artıq xilasediciləri hal-hazırda öz qardaşlarının xilası ilə məşğul olduğu, dövlət səviyyəsində ən yüksək formada qardaş ölkəyə maddi və mənəvi dəstəyin edildiyi bir gündə, Azərbyacanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük yardım kompanyaaının başlandığı və xalqımızın ən imkansız nümayəndisin öz paltosunu çıxardıb Türkiyəyə göndərdiyi bir zamanda vətən xaini olan bir qurub radikal müxalifət nümayəndəsinin durub AK hakimiyyətini pisləməsi, Türkiyədə zəlzələdən çox korrupsiya hallarının xalqa daha çox ziyan vurmasını bəyan etməsi bütün Türk dünyasına xəyanət və eləcədə insanlığa yad olan bir məsələdir: "Türkiyədə fəaliyyət göstərən bəzi müxalifət nümayəndələrinin iç üzlərini və Türkiyə üçün hansı fəlakətləri arzuladıqlarını biz çox gözəl bilirik. Ölkəmizdə olan bu cur bəyanatlarla gündəmə gəlmək istəyən radikal müxalifət nümayəndələrini tanıdığımız kimi onları da çox gözəl tanıyırıq. Özlərini biyabır etməkdəndirsə daha yaxşı olardı ki, hər ay xarici fondlardan və səfirliklərdən aldıqları maliyənin bir hissəsini qardaş ölkəyə göndərib yardım kampaniyasına qoşulardılar. Əlbəttə ki, onlar bu addımı atmayacaqlar çünki onlar Azərbaycan müxalifətinin belə qəbul etmədiyi siyasətdən xəbərsiz olan, fəlakətlərən özlərinə uğur qazanmağa cəhd göstərən bir qurub dərnək nümayəndələridir".