Türkiyə ordusu 14 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qanadı - red.) 14 silahlısını zərərsizləşdirib.

Sabahinfo.az bildirir ki, bu barədə bazar ertəsi Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, zərərsizləşdirilən silahlılar "Sülh çeşməsi" və "Zeytun budağı" antiterror əməliyyatı zonalarında sabitliyi pozmağa cəhd ediblər.