Türkiyə və İsveçin XİN başçıları Cənubi Qafqazı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə isveçli həmkarı Tobias Billström arasında Cənubi Qafqazda və Mərkəzi Asiyadakı vəziyyətlə bağlı müzakirələr aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmçinin Ukraynadakı son durumu da müzakirə ediblər.

XİN başçıları Rusiya-Ukrayna arasında davam edən müharibənin başa çatdırılması yolları, "Taxıl sazişi", əsirlərin mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Türkiyənin xarici işlər naziri müzakirələrin səmərəli olduğunu söyləyib.