"Türkiyə xalqı və dövləti hər zaman Azərbaycanın yanında olacaq" - Türkiyəli deputat

Azərbaycan və Türkiyə arasındakı sarsılmaz həmrəylik pis və yaxşı gündə olmaqla bu gün də davam edir. 

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Büro Katibi, millət vəkili Bayram Özçelik Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda deyib.

TBMM-in nümayəndəsi bildirib ki, zəlzələ fəlakətində də ilk köməyə gələn məhz Azərbaycan dövləti və xalqı oldu: “Bu heç vaxt unudulmayacaq. Rahatlıqla deyə bilərik ki, Heydər Əliyev olmasaydı region ölkələri üçün həmin dövr çətin olardı. Ulu Öndər tək Azərbaycan üçün deyil, həm də Türkiyə üçün də önəmli şəxsiyyət olub. Bu gün Türkiyənin müxtəlif şəhərlərində onun adını daşıyan küçə, məktəb və s-nin olması ona qarşı olan hörmətin bariz nümunəsidir. Ümummilli lider məzarında Azərbaycanın XXI əsrdəki uğurlarını dinc şəkildə izləyir. Gələcək əsrlərə Azərbaycanı aparan möhkəm təməl var. Türkiyə xalqı və dövləti ilə hər zaman Azərbaycanın yanında və çiyin-çiyinə olacaq. Bu dəyişilməz dövlət siyasətidir. Şuşa Bəyənnaməsi ilə əlaqələrimiz strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəlib”.