Türkiyədə prezident ikinci turda seçiləcək

Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək.

Sabahinfo.az xəbər verir ki. bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyədə Prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə əsasən Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, “Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar.

Seçkilərə 3 gün qalmış namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.