Türkiyədə yenidən zəlzələ oldu

Malatyanın Battalgazi rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarəsi (AFAD) məlumat yayıb. 

Məlumata görə, yeraltı təkanlar 11.51 kilometr dərinlikdə qeydə alınıb.